Qəhrəmanlar unudulmur

27.10.2017-ci il tarixdə A.Hüseynzadə adına 20№li tam orta məktəb-liseydə məktəbin məzunu olmuş Çingiz Adil oğlu Babayevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir. Çingiz Babayev 1995-ci il oktyabrın 28-də Bakı metrosunda baş vermiş dəhşətli qəzada insanların həyatını xilas edərək özü şəhidlik zirvəsinə ucalmışdır. Tədbirdə Milli Qəhramanın anası Səadət xanım, bacısı Aidə xanım və digər yaxınları iştirak etmişlər. Məktəbin direktoru Yaqut xanım Məmmədova şəhidin ailə üzvlərinə vətənpərvər, igid, millətini sevən bir övlad yetişdirdikləri üçün təşəkkür etmişdir. Tədbirin sonunda şəhidin anası övladının xatirəsinə göstərilən diqqət və yüksək səviyyədə hazırlanmış tədbirə görə məktəb rəhbərliyinə təşəkkür etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi