Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi kitabxanasına ekskursiya
Təhsil naziri M.Cabbarovun əmri ilə 2017-2018-ci dərs ili”Ümumi təhsildə keyfiyyət ili” elan edilmişdir “Təhsildə keyfiyyət ili” çərçivəsində həyata keçiriləcək tədbirlər planına uyğun olaraq məktəb-liseyin 7 “C” sinif şagirdləri 21.10.2017-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi kitabxanasına ekskursiya etmişlər. Məqsəd çevik düşünmə qabiliyyətinə malik insan yetişdirmək, təhsil sahəsində keyfiyyət dəyişiklərinə nail olmaq, cəmiyyət üçün layiqli vətəndaş, XXI əsrin tələblərinə cavab verən insan yetişdirməkdir.