“Nə, harada, necə” intellektual oyunu keçirilmişdir

Gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmləndirilməsi, güclənməsi üçün müxtəlif layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Gənc istedadların üzə çıxarılması haqqında" müvafiq sərəncamına uyğun olaraq gənclərin intellektual səviyyəsinin yüksəldilməsi məsələsi önə çəkilir. Sözsüz ki, savadlı, bilikli gənclik xalqa və dövlətə daha məsuliyyətlə, daha vicdanla xidmət edir. Arif Hüseynzadə adına 20№li tam orta məktəb-liseydə intellektual yarışmalarda iştirak edəcək məktəb komandasının yaradılması məqsədi ilə 9-cu siniflər arasında “Nə, harada, necə” oyununun məktəbdaxili turları keçirilmişdir. Nəticə olaraq bu turlar yeni bilik qazanılmasına, şagirdlər arasında əməkdaşlığın inkişafına şərait yaratmışdır. Komandaların arasından ən fəal şagirdlər seçilərək 20 №li tam orta məktəb-liseyi təmsil edəcək “Atəşgah-20” komandası yaradılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi