Şirvanşahlar Sarayına ekskursiya

20.10.2017-ci il tarixində A.Hüseynzadə adına 20№li tam orta məktəb-liseyin 6 “Ğ” sinif şagirdlərinin Bakının qədim tarixinin rəmzlərindən olan, min illik tarixə malik Şirvanşahlar dövləti hökmdarlarının iqamətgahı, orta əsr Şərq memarlığının nadir incilərindən biri, UNESCO –nun Dünya İrsi siyahısına daxil edilmiş Şirvanşahlar Sarayı Kompleksinə ekskursiyası təşkil olunmuşdur. Ekskursiya zamanı məktəblilər müasir dünya standartlarına cavab verən muzey ekspozisiyası ilə qarşılanmış, abidənin tarixi, memarlıq xüsusiyyətləri, saray həyatı və burada yaşamış hökmdarlar haqqında məlumatlar toplamışlar. Ekskursiya şagirdlərdə Dövlətimizin tarixi ilə bağlı bilikləri genişləndirmək, həmçinin vətənpərvərlik duyğularının aşılanması məqsədi daşıyırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi