“Təhsildə keyfiyyət ili” çərçivəsində keçirilən monitorinq

16 oktyabr 2017-ci il tarixində “Təhsildə keyfiyyət ili” çərçivəsində 20№li tam orta məktəb-liseydə riyaziyyat fənnindən Azərbaycan bölməsinin IX sinif şagirdləri arasında monitorinq keçirilmişdir. Monitorinqin məqsədi IX siniflərdə təhsil alan şagirdlərin bilik səviyyəsini müəyyən etmək və nəticələrin yaxşılaşdırılması üçün müvafiq tədbirlər planlaşdırmaqdır. Riyaziyyat fənnindən keçirilən məktəbdaxili qiymətləndirmənin təşkili və prosesə nəzarət məktəb rəhbərliyi tərəfindən keçirilmişdir. Monitorinqdə 103 şagirddən 95 nəfəri iştirak etmiş, 8 nəfər isə üzrlü səbəbdən iştirak edə bilməmişdir. Şagirdlərə açıq tipli 10 sual təqdim edilmişdir. Sualları cavablandırmaq üçün onlara 45 dəqiqə vaxt ayrılmışdır. Monitorinqdən alınan nəticələr qənaətbəxş hesab edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi