Azərbaycanın Dövlət Müstəqilliyinə həsr edilmiş tədbir keçirilmişdir

Oktyabrın 16-da A.Hüseynzadə adına 20№li məktəb-liseydə “ 18 oktyabr -Azərbaycanın Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri məktəb-liseyin ingilis dili müəllimləri Mehriban Cəbrayılova və Nubiyə Məmmədova 7 “Ə” sinif şagirdlərinin iştirakı ilə təşkil etmişlər. Tədbirdə 7-cilər xalqımızın milli istiqlal uğrunda apardığı mübarizə, azadlıq hərəkatı haqqında ingilis dilində hazırladıqları təqdimatları nümayiş etdirmiş, şeirlər və mahnılar səsləndirmişlər. Məktəb-liseyin direktoru Yaqut Məmmədova 1991-ci il oktyabrın 18-ni xalqımızın tarixində şərəfli və əlamətdar gün kimi qiymətləndirmiş, vurğulamışdır ki, yalnız 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyev Respublikamızda ali siyasi hakimiyyətə qayıtdıqdan sonra, onun böyük uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində Azərbaycanın əsl müstəqilliyi təmin edilmişdir
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi