Müstəqilliyimiz dönməzdir, sarsılmazdır, əbədidir

Bu il müasir, güclü Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 26-cı ildönümü tamam olur. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyulmuşdur. Ümummilli Liderimizin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə tərəqqi əldə edib və dünya birliyində özünə layiq yer tutub. Bu gün Yasamal rayonu Arif Hüseynzadə adına 20№li tam orta məktəb-liseydə “18 oktyabr-Müstəqillik günü” adlı tədbir keçirilmişdir.Məktəbin tarix müəllimləri Könül Bağırova və Günel Şükürovanın təşkilatçılığı ilə keçirilən tədbir məktəb xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Aparıcılar dövlət müstəqilliyinin bərpası günü barədə tədbir iştirakçılarını məlumatlandırmışlar. Tədbir şagirdlərin ifasında çiçəklənən Azərbaycana həsr olunmuş şeirlər , musiqi və rəqs nömrələri ilə davam etmişdir. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Yaqut Məmmədova və direktor müavinləri Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimizin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilməsini və əbədiliyinin təmin edilməsini xüsusi vurğulamışdırlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi