Musiqi dərsindən “Bülbül-120” mövzusunda tədbir keçirilmişdir

A.Hüseynzadə adına 20№li tam orta məktəb-liseydə Azərbaycan professional vakal məktəbinin banisi, görkəmli musiqiçi Bülbülün 120 illiyinə həsr olunmuş tədbirlər davam edir. Belə ki, 12.10.2017-ci il tarixdə musiqi müəllimi Leyla Əliyeva 7 “C” sinif şagirdlərinin iştirakı ilə “Bülbül-120” adlı tədbir keçirmişdir.İlk öncə tədbiri giriş sözü ilə açan L.Əliyeva SSRİ xalq artisti, tədqiqatçı alim və pedaqoq Bülbülün zəngin yaradıcılıq yolu haqqında məlumat vermiş, daha sonra isə sənətkarın ifası səsləndirilmişdir. Tədbir 7-cilərin görkəmli müğənninin Azərbaycanın musiqi mədəniyyəti tarixində qoyduğu izlərdən bəhs edən təqdimatları ilə davam etmişdir. Tədbirdə iştirak edən məktəbin direktoru Yaqut Məmmədova sonda çıxış edərək xalq xanəndəsindən professional vokal ustasına kimi böyük yaradıcılıq yolu keçən Bülbülün Azərbaycan mədəniyyətinə bəxş etdiyi töhfələrdən söhbət açmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi