Direktoryanı müşavirə keçirilmişdir

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə 2017-2018-ci tədris ili “Ümumi təhsildə keyfiyyət ili” kimi elan edilmişdir. Həmin əmrə əsasən, “Təhsildə keyfiyyət ili” çərçivəsində bir çox tədbirləri əhatə edəcək Fəaliyyət planı da təsdiqlənmişdir. Bununla bağlı A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseydə 9 oktyabr 2017-ci ildə direktoryanı müşavirə keçirilmişdir. Müşavirədə V-IX siniflərin rəhbərləri, metodbirləşmə sədrləri, eləcə də fənn müəllimləri iştirak etmişlər. Müşavirəni açıq elan edən məktəbin direktoru Yaqut Məmmədova bildirmişdir ki, 2017-2018-ci tədris ilinin Təhsil naziri tərəfindən “Təhsildə keyfiyyət ili” kimi elan edilməsi ilə əlaqədar bir çox tədbirlər, eləcə də pedoqoji mühazirələr keçirməliyik. Burada əsas məsələ təhsilin inkişaf proqramının planını tərtib etmək və bu planın pedaqoji kollektiv tərəfindən həm ümumi, həm də fərdi şəkildə düzgün, qanuni formada yerinə yetirilməsinə riayət etməkdir. Direktor müavinləri və pedaqoji kollektivə görüləcək işlərlə bağlı fəaliyyət planlarının tərtibatının zəruriliyindən danışan Y.Məmmədova bir çox tövsiyələr vermiş və hesabatların hazırlanmasının vacibliyini vurğulamışdır. Müşavirənin sonunda Y.Məmmədova qeyd etmişdir ki, dərs ili ərzində müvafiq təkliflər hazırlanmalıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi