Bilik yarışı keçirilmişdir

Oktyabrın 6-da A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseydə 5-ci siniflərin iştirakı ilə “Bilik yarışı” keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Yaqut Məmmədova açmış və şagirdlərə uğurlar arzulamışdır. “Bilik yarışı” müsabiqəsində “Şahinlər”, “Zirvə”, “Qaliblər”, “Zəka” və “Hədəf” komandaları iştirak etmişlər. Müsabiqə zamanı şagirdlərə 20 sual təqdim olunmuşdur. Suallara dolğun və dəqiq cavab verən 5 “D” sinfinin “Şahinlər” komandası sonda qalib olmuşdur.Müsabiqənin sonunda məktəbin direktoru Yaqut Məmmədova təşkilatçı Aytəkin Xəlilovaya təşkil etmiş olduğu “Bilik yarışı”na görə öz təşəkkürünü bildirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi