Bu gün sizin gününüzdür, əziz müəllimlər

Bakı şəhəri A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseydə 7 “C” sinif rəhbəri Umayeva Üzulfət tərəfindən 5 oktyabr “ Beynəlxalq müəllimlər günü” münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Yaqut Məmmədova, direktor müavinləri, fənn müəllimləri, valideynlər və şagirdlər iştirak etmişlər. Tədbir şagirdlərin ifasında mahnı, şeir və təqdimatlarla davam etmişdir. Tədbirin sonunda məktəbin direktoru Yaqut xanım sinif rəhbəri Üzulfət Umayeva və şagirdlərə öz təşəkkürünü bildirmiş, bütün kollektivi bayram münasibəti ilə təbrik etmişdir. Bayramınız mübarek əziz müəllimlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi