Bülbülün 120 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir

Azərbaycan Respublikası Təhsil nazirinin avqustun 3-ü 2017-ci il tarixli 235№li əmrinin icrası ilə bağlı 29 sentyabr 2017-ci il tarixində A.Hüseynzadə adına 20№li tam orta məktəb-liseydə Bülbülün 120 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir musiqi müəllimləri Rzayeva Sevda və Ağazadə Şəhla tərəfindən təşkil edilmişdir. Tədbirdə şagirdlər Bülbülün yaradıcılığından məlumat vermiş, Bülbülün ifa etdiyi əsərləri səsləndirmiş, onun mahnılarına qurulmuş rəqslər ifa etmişlər. Daha sonra Bülbülə həsr edilmiş filmdən fraqmentlər nümayiş etdirilmişdir. Tədbirdə məktəbin direktoru Yaqut Məmmədova, direktor müavinləri və müəllim kollektivi iştirak etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi