A.Hüseynzadə adına 20№li məktəb-liseyin yeni binasının açılışı olmuşdur

Sentyabrın 15-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışı olmuşdur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva,Təhsil naziri Mikayıl Cabbarov və Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva mərasimdə iştirak etmişlər. Dövlət başçısı məktəb-liseyin binasının rəmzi açılışını bildirən lenti kəsmiş və məktəbdə yaradılan şəraitlə tanış olmuşdur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məktəbin müəllim, şagird kollektivi, valideynlər ilə görüşmüş və xatirə şəkli çəkdirmiş.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi