Əlvida məktəb

14 iyun 2017-ci ildə 20 nömrəli məktəb-liseydə yadda qalan “Son zəng” tədbiri keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbir məktəbin direktoru Yaqut Məmmədovanın məzunları təbrik nitqi ilə davam etmişdir. Sonra məktəbin direktor müavinləri, sinif rəhbərləri, məzunların ibtidai sinif müəllimləri və valideynlər çıxış edərək XI siniflərə öz xeyir-dualarını vermişlər. Fərqlənən məzunlar diplomlarla təltif edilmişlər. Məzunların hazırladıqları maraqlı rəqs və musiqi nömrələri tədbiri daha da canlandırmışdır. “Bilik açarı”nı on birincilər onunculara ötürmüşlər. Birincilərin son zəngi çalması ilə tədbir başa çatmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi