Təsviri incəsənət fənnindən “Açıq dərs” olmuşdur

20 nömrəli məktəb-liseydə “Açıq dərs” lər davam edir. Belə ki, 6 ”A” sinfində Nəzakət Əhmədbəylinin Təsviri incəsənət fənni üzrə “Qədim dünyanın keramika sənəti” mövzusunda “Açıq dərs”i olmuşdur. Dərsdə məktəbin direktoru Yaqut Məmmədova, direktor müavinləri və müxtəlif fənn müəllimləri iştirak etmişlər. Dərs 6”A” sinif şagirdi Gülüş Məmmədlinin ifa etdiyi “Nəlbəki” rəqsi ilə başlamışdır. Rəqs zamanı həm saxsı nəlbəkilərdən, həm də su bardağından istifadə olunmuşdur. Yardımçı və təqdimat suallarından sonra şagirdlər həm dərslikdəki mövzu, həm də onlara təqdim olunan mövzuya uyğun internet materialları ilə tanış olmuşlar. Sinif şagirdləri “Mixi yazılar”, “Keramika”, “Duluzçular” və “Sənətkarlar” olmaqla 4 qrupa bölünmüş və tədqiqat aparmaq üçün verilmiş tapşırıqları icra etmişlər. Hər bir qrup öz işini yerinə yetirdikdən sonra qruplar meyarlarla qiymətləndirilmişdir. Dərsin sonunda Ümummilli Lider Heydər Əliyevin “ Mən fəxr edirəm ki, azərbaycanlıyam” video-yazısı nümayiş olunmuşdur. Dərs şagirdlər tərəfindən “ Mən fəxr edirəm ki, azərbaycanlıyam” mahnısı ilə başa çatmişdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi