Yevgeniy Onegin səhnələşdirildi

20 nömrəli məktəb-liseydə tədbirlər davam edir. Belə ki, Rus dili və ədəbiyyat müəllimi Gülnarə Tahirzadə IX sinif şagirdlərinin iştirakı ilə dərs təşkil etmişdir. Dərs intellektual oyun şəklində qurulmuş, “Zəkalar” adlanan dərs A.S.Puşkinin ölməz əsəri “Yevgeniy Onegin”ə həsr edilmişdir. Şagirdlər əsərdən bir neçə parça əzbər söyləmiş, “Tatyananın Onegina məktubu və Oneginin cavabı” səhnəciyini nümayiş etdirmişlər. Daha sonra IX sinif şagirdləri A.S.Puşkinin sözlərinə yazılmış romanslar ifa etmişlər. Dərsi direktor müavinləri və fənn müəllimləri izləmiş, tədbirin sonunda təşkilatçı Gülnarə Tahirzadəyə öz təşəkkürlərini bildirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi