Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

May ayının 24-də A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə XVIII əsrin görkəmli Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Yaqut Məmmədova, müəllim və şagird kollektivi iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Yaqut Məmmədova qüdrətli söz ustası, gözəllik, həqiqət və məhəbbət carçısı Molla Pənah Vaqifin yaradıcılığından bəhs etmiş, onun yalnız şair kimi deyil, ictimai-siyasi xadim kimi də fəaliyyətindən söhbət açmışdır. Daha sonra məktəblilərin ifasında Molla Pənah Vaqifin şeirləri, şeirlərinə bəstələnmiş musiqilər səsləndirilmiş və Səməd Vurğunun “Vaqif” dramından bir parça nümayiş etdirilmişdir. Tədbirin sonunda Yaqut Məmmədova tədbirin təşkilatçısı Azərbaycan dili və ədəbiyyat müəllimləri Aytəkin Xəlilova və Sevinc Qocayevaya öz təşəkkürünü bildirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi