28 May –Respublika günüdür

26.05.2017-ci il tarixində A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu il dönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri şagirdlərdə vətənpərvərlik, tariximizə hörmət, mübarizlik hissinin aşılanması məqsədilə məktəb-liseyin müəllimləri Üzülfət Umayeva və Sevinc Qocayeva təşkil etmişdir.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yaqut Məmmədova Azərbaycan Demokratik Respublikasının tarixi və əldə etdiyi nailiyyətlərindən bəhs etmiş, ölkəmizin dövlətçilik tarixində Azərbaycan Demokratik Respublikasının silinməz iz buraxdığını bildirmişdir. Yaqut Məmmədova müstəqilliyimizin ilk illərində Azərbaycanın böyük sınaqlardan keçdiyi haqda məlumat vermiş və qeyd etmişdir ki, yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin tarixi fəaliyyəti və xidmətləri sayəsində Azərbaycanın suverenliyini qoruyub saxlamaq və ölkəmizin davamlı inkişafını təmin etmək mümkün olmuşdur.Tədbir şagirdlərin maraqlı çıxışları təqdimatları və tərtib etdikləri videoçarxların nümayişi ilə davam etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi