Şagirdlərimiz yenə də fərqləndi

Şagirdlərin məntiqi təfəkkür vərdişlərinin, düşüncə tərzi, diqqət, qavrama və nitq kimi vacib bacarıqlarının inkişafına əlverişli şərait yaratmaq məqsədilə keçirilən “Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası”nın final turu baş tutmuşdur. A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin final turuna haqq qazanmış 17 şagirdindən 10 nəfəri yüksək nəticə göstərmişdir.Məktəbin direktoru Yaqut Məmmədova fərqlənən şagirdləri stimullaşdırmaq məqsədilə “Fəxri Diplom”la təltif etmiş, onlara təhsildə uğurlar arzulamış, bu cür yarışların istedadlı şagirdləri vaxtında üzə çıxarmağa xidmət etdiyini vurğulamışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi