Məktəblilərimizin idman sahəsindəki uğurları

Bakı şəhəri 20 nömrəli məktəb-liseyin uğurları digər sahələrdə olduğu kimi idman sahəsində də davam edir. Belə ki, Beynəlxalq yarışlarda, Azərbaycan birinciliyində, klublararası yarışlarda 6c sinfinin şagirdləri qalib olmuşlar. Rzayev İsmayıl Rəşid Əliyevin xatirəsinə həsr olunmuş “Yunan-Roma” güləşi üzrə keçirilən turnirdə I yer, 28.01.2017-ci ildə kiçik yaşlılar arasında “Neftçi İK” – İB-nin Yunan- Roma birinciliyi üzrə I yer, 06.05.2017-ci il tarixdə “Neftçi İK”-İB –nin Yunan-Roma güləşi üzrə yarışda I yer , İran İslam Respublikasında keçirilən Yunan-Roma güləşi üzrə yarışda III yer , Məmmədov Rəsul, Əbülfəzov Talıb,Seyidli Riyad, Sadıxov Firudin, Məmmədov Məmməd idmanın Cüdo növü üzrə klublararası yarışda I yer qazanmışlar . Gəlin birlikdə onları təbrik edək!! Arzu edək ki, gələcək yarışlarda bu balaca çempionlarımız Azərbaycan Respublikasının üç rəngli bayrağını digər ölkələrdə də dalğalandırmağa nail olsunlar .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi