Bilik yarışı keçirildi

22.05.2017-ci il tarixdə 20 nömrəli məktəb-liseydə 7-ci siniflər arasında Azərbaycan dili və ədəbiyyatdan “Bilik yarışı” keçirilmişdir. Yarışın əsas məqsədi uşaqların təhsilə marağının artırılması, onlar arasında sağlam rəqabət mühitinin formalaşdırılması və eyni zamanda xüsusi istedada malik uşaqların potensialının aşkar edilməsinə xidmət etməkdir. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aytəkin Xəlilova tərəfindən təşkil olunmuş bu yarışda bir-birindən maraqlı suallar səsləndirilmişdir. Ümumilikdə 30 sualdan 24 sualı düzgün cavablandıran 7”A” sinfinin “Çoxbilmişlər” komandası yarışın qalibi seçilmişlər. Qalib gələn “Çoxbilmişlər” komandasının üzvləri məktəbin direktoru Yaqut Məmmədova tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılmışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi