Viktorina keçirildi

18.05.2017-ci il tarixdə Yasamal rayonu 20 nömrəli tam orta məktəb-liseydə Biologiya müəllimi İlhamə Mirzəyevanın rəhbərliyi ilə Biologiya fənni üzrə şagirdlərin mənimsəmə səviyyəsini artırmaq məqsədi ilə 6"E", 6"Ə" və 6"Q" sinif şagirdləri arasında “Dünya bizim evimizdir” adlı "Viktorina" keçirildi. Bu əsil bilik yarışı idi. Şagirdlər verilən suallara ətraflı cavab verirdilər. Sonda üç qrupdan “Gələcək bioloqlar” qrupu qalib oldu. Məktəbin direktoru Yaqut Məmmədova qalib şagirdləri üzərində Dövlət Bayrağı əks olunmuş qələmlərlə təbrik etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi