Qarabağ- dünənimiz, bu günümüz və sabahımızdır

20 nömrəli məktəb-liseydə tədbirlər davam edir. Belə tədbirlərdən biri 5"E" sinif şagirdlərinin iştirakı ilə “Qarabağın dünəni və bu günü” mövzusunda Tarix müəllimi Ziya Nağızadə , Coğrafiya müəllimi Mətanət Hacıyeva, Fizika müəllimi Gülnarə Süleymanova və Ədəbiyyat müəllimi Firəngiz Kərimovanın rəhbərliyi ilə olmuşdur. Tədbir fənlərarası inteqrasiya əsasında qurulmuşdur. Tədbirdə Qarabağın tarixi, coğrafi mövqeyi, flora və faunası, musiqi və incəsənəti haqqında geniş məlumatlar verilmişdir. Daha sonra şagirdlərin ifasında şeir və mahnılar səsləndirilmişdir. Tədbirin sonunda şagirdlər qeyd etmişlər ki, onların hər biri bu günün şagirdi, sabahın əsgəridir. Şagirdlər vurğulamışlar ki, qüdrətli Azərbaycan Ordusu tezliklə torpaqlarımızı yağı əsarətindən azad edəcək və düşmən üzərində qələbə qazanacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi