Molla Pənah Vaqif siyasi xadim kimi

Görkəmli şair, ictimai-siyasi xadim Molla Pənah Vaqifin 300 illik yubileyinin qeyd edilməsi məqsədilə artıq 20 nömrəli məktəb-liseydə tədbirlərə start verilmişdir.Belə ki, 22.05.2017-ci il tarixdə məktəbin tarix müəllimi Aynur Şıxəliyeva VI sinif şagirdlərinin iştirakı ilə “Molla Pənah Vaqif-siyasi xadim kimi” adlı tədbir keçirmişdir.Tədbirin əvvəlində Aynur Şıxəliyeva əsasən şair kimi tanınan Molla Pənah Vaqifin Qarabağ xanının birinci vəziri olan dövrdə özünü layiqli dövlət xadimi, müdrik və uzaqgörən bir siyasətçi kimi göstərə bilməsindən söhbət açdı. Sonra şagirdlər hazırladıqları referatların təqdimatlarını vermiş, şairin siyasətçi kimi fəaliyyəti haqqında topladıqları məlumatları bölüşmüşlər.Tədbiri məktəb-liseyin direktoru Yaqut Məmmədova, direktor müavinləri və tarix fənn müəllimləri izləmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi