Geyimlərin həyatımızdakı rolu

Mayın 17-də 20 nömrəli məktəbin ingilis dili müəllimi Haşımova Samirə 3 "E" sinfində ingilis dili fənnindən "Clothes" (“Geyimlər”) mövzusunda "Açıq dərs" keçmişdir. Dərsin məqsədi uşaqlara geyimlərin həyatımızdakı rolunu aşılamaq və qədim dövrlərdən müasir dövrümüzə qədər geyim növlərinin necə dəyişdiyini müxtəlif əyani vəsaitlərlə göstərmək olmuşdur. Bunlarla yanaşı dərsdə müxtəlif millətlərin milli geyim nümunələri, o cümlədən xalqımızın milli geyimləri və onların qədim ənənələrimizdən qaynaqlanaraq ərsəyə gəlməsi barədə məlumat verilmişdir. Dərs müasir təlim mərhələlərini tam dogru şəkildə əhatə etmiş və xüsusilə də müəllimin İKT bacarıqları müvəffəqiyyətlə nümayiş etdirilmişdir.Dərsdə direktor müavini İbrahimova Kainat, ingilis dili və digər fənn müəllimləri iştirak etmiş, dərs haqqında öz fikirlərini bildirmişlər. Nəticə etibarı ilə şagirdlər dərsin sonunda geyimləri növlərə ayırmağı, geyimlərin insanların milliyətini və peşəsini göstərdiyini şifahi nitq nümunələri vasitəsilə təsvir etmək bacarıqlarına yiyələnmişlər. Bununla da müəllim qarşıya qoyulan məqsədinə tam nail olmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi