Fəal iştirakçılar mükafatlandırıldı

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin fransız dili müəllimləri Şəkər Nəzərova və Sevinc Həsənova ilə tədbirlər keçirmişlər. Onlar VI sinif şagirdlərinin iştirakı ilə “Zoluşka”, “Ağbəniz və yeddi cırtdan” və “Canavar və yeddi keçi balası” nağıllarını fransız dilində səhnələşdirmişlər.Əsas məqsəd şagirdlərdə mütaliəyə marağın artırılması, oxu mədəniyyətinin təkmilləşdirilməsi və xarici dil öyrənməyə həvəsləndirmək olmuşdur. Nağıl qəhrəmanlarının rəngarəng geyimləri, səlis çıxışları tamaşanı izləyən məktəb-liseyin direktoru Yaqut əmmədova, direktor müavinləri,fənn müəllimləri və valideynlər tərəfindən alqışlarla qarşılanmışdır. Tədbirin fəal iştirakçıları məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi