Haqqım var ki, öyünüm Azərbaycan deyəndə

Bakı şəhəri Yasamal rayonu 20 nömrəli məktəb-liseydə Ləman Əliyevanın 3"C" sinfində şagirdlərdə vətənpərvərlik hissinin aşılanması yolunda “Haqqım var ki, öyünüm Azərbaycan deyəndə” mövzusunda dərsi olmuşdur. Dərs müasir tələblərə uyğun qurulmuş, yeni təlim texnologiyalarından istifadə edilmişdir. Şagirdlər Azərbaycana həsr olunmuş şeirlər söyləmiş, mahnılar oxumuşlar. Eyni zamanda ədəbi-bədii kompozisiya və videoçarx nümayiş etdirilmişdir. Sonda müəllim qeyd etmişdir ki, ulu babalarımızın bizə qanı, canı bahasına yadigar qoyduğu bu torpaqları qorumaq bu gün bizim, sabah siz uşaqların borcudur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi