İslam Həmrəyliyi Oyunlarına dəstək

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə aprelin 4-də ingilis dili müəllimləri Nağıyeva Səbinə, Abbasova Samirə və Qurbanova Hökümə İngilis dilində 5,6-cı sinif şagirdlərinin iştirakı ilə tədbir keçirmişlər. Tədbir IV İslam Həmrəyliyi Oyunlarına dəstək, şagirdlərin ingilis dilində şifahi nitqinin inkişaf etdirilməsi məqsədilə keçirilmişdir. Şagirdlər bir çox ölkələri təmsil edərək onların milli geyimləri, yeməkləri, simvolları və mədəniyyətləri haqqında məlumat vermişlər. Bütün təqdimatlar ingilis dilində olmuşdur. Tədbirdə iştirak edən məktəbin direktoru Yaqut Məmmədova bu cür tədbirlərin əhəmiyyətindən danışmış və gələcəkdə belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğulamışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi