Təsviri incəsənət fənnindən açıq dərs keçirilmişdir
A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə mayın 3-də təsviri incəsənət müəllimi Namazəliyeva İradə “Çiçəklən doğma Azərbaycan” mövzusunda 5-ci sinifdə açıq dərs keçmişdir. Dərs müasir tələblərə uyğun qurulmuş, fənlərarası inteqrasiya şəklində təşkil edilmişdir. Şagirdlər “Xarıbülbül”, “Yasəmən”, “Qızılgül”, “Bənövşə” olmaqla 4 qrupa bölünmüş, hər qrup öz adına uyğun rəsm və esselər təqdim etmişdir. Dərsin əsas məqsədi şagirdlərə may ayında baş vermiş tarixi günlər haqqında məlumat verməkdən ibarət olmuşdur.