Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya

Şagirdlərdə milli mənəvi irsimiz haqqında bilikləri daha da möhkəmləndirmək məqsədilə 20 nömrəli məktəb-liseyin 5e sinif şagirdlərinin Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyası təşkil edilmişdir. Ekskursiya mayın 4-də sinif rəhbəri İradə Kazımovanın təşkilatçılığı ilə baş tutmuşdur. Muzeydə şagirdlər Azərbaycan xalqının qədim dövrdən bu günədək tarixini əks etdirən etnoqrafik və arxeoloji eksponatlarla, mədəniyyət abidələri ilə yaxından tanış olmuşlar. Azərbaycan ərazisində mövcud olmuş dövlətlərə aid maddi və mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verirdi. Sonra isə şagirdlər H.Z.Tağıyevin həyatını və fəaliyyətini əks etdirən fotoşəkillər, tarixi sənədlər qorunub saxlanılan iş otağı və kitabxanası ilə də tanış oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi