M.Füzilinin əsəri səhnələşdirildi

Şagirdlərdə mütaliə mədəniyyətini formalaşdırmaq məqsədilə 20 nömrəli məktəb-liseydə növbəti tədbir keçirilmişdir. Belə ki, mayın 2-də məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Əlvan Ağayeva və Fatma İbrahimova 6e sinif şagirdlərinin iştirakı ilə məşhur Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin “Söhbətül-əsmar” (Meyvələrin söhbəti) əsərini səhnələşdirmişlər. Şagirdlər rus bölməsində təhsil aldıqlarına baxmayaraq ərəb və fars mənşəli sözlərlə zəngin olan əsəri çox səlis və sərbəst şəkildə ifa etmişlər. Tədbiri məktəb-liseyin direktoru Yaqut Məmmədova, direktor müavinləri və digər fənn müəllimləri izləmişlər. Sonda Yaqut Məmmədova şagirdlərin ifaçılıq məharətini yüksək qiymətləndirərək Azərbaycan klassik ədəbiyyatının məhz rus bölməsinin şagirdləri tərəfindən sevilərək oxumasını, öyrənilməsini onların Vətənini sevən şəxsiyyət kimi formalaşıb kamilləşməsində böyük rolu olduğunu vurğulamışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi