A.P.Çexovun hekayələri səhnələşdirildi

Təhsil naziri M.Cabbarovun “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinin icrası ilə əlaqədar A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə tədbirlər davam etməkdədir. Belə ki, mayın 1-də məktəbin rus dili və ədəbiyyatı müəllimi Leyla Həsənova 8-ci sinif şagirdlərinin iştirakı ilə maraqlı tədbir keçirmiş, məşhur rus ədibi Anton Pavloviç Çexovun “At familiyası” və “Sevinc” hekayələrini səhnələşdirmişdir. Tamaşadan əvvəl tədbirin aparıcıları A.P.Çexovun həyat və yaradıcılığından söhbət açmış, şagirdlərə ədibin başqa əsərləri haqqında da məlumat vermişlər. Daha sonra isə şagirdlərin çıxışı başlanmış, onlar hekayənin personajlarını öz rəngarəng geyimləri ilə canlandırmışlar. Sonda məktəbin direktoru Yaqut Məmmədova uşaqların çıxışları haqqında fikirlərini söyləyərək, bu cür tədbirlərin əsas məqsədinin şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsindən ibarət olduğunu vurğulamışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi