Ingilis dili fənnindən açıq dərs keçirilmişdir

20 nömrəli məktəb-liseydə açıq dərslər davam etməkdədir. Belə ki, aprelin 27-də 2ğ sinfində ingilis dili fənnindən “Toys/ Let's play” mövzusunda açıq dərs keçirilmişdir. (müəllim: Əliyeva Sevdanə) Dərs zamanı şagirdlər yeni biliklər qazanmış və yarımil ərzində qazandığı nailiyyətlərini nümayiş etdirmişlər. Kiçik qruplar şəklində işləyən şagirdlər operativ qiymətləndirilmişdir. Dərs prosesi direktor müavini Kainat İbrahimova, VMA müdiri Gülnarə Aslanova və digər fənn müəllimləri tərəfindən izlənilmişdir. Sonda dərs təhlil edilərək şagirdlərin sərbəst olmaları, bilik səviyyələri, hazırladıqları şeir və yerinə yetirilən tapşırıqlar yüksək qiymətləndirilmiş, dərsin yeni təlim üsullarına tam cavab verdiyi vurğulanmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi