Nümunəvi təşkilat saatı

Aprelin 28-də 20 nömrəli tam orta məktəb-liseyin 6c sinfində “Sosial şəbəkələrdən düzgün istifadə edək” və “Zərərli vərdişlərlə mübarizə” mövzusunda təşkilat saatı keçirilmişdir. Məqsəd Sosial şəbəkələrdən düzgün və səmərəli istifadə etməyin və zərərli vərdişlərlə mübarizə yollarını şagirdlərə aşılamaq idi. Tədbirdə məktəbin direktoru Yaqut Məmmədova, direktor müavinləri və sinif rəhbəri Üzülfət Umayeva iştirak etmişdir. Tədbirdə şagirdlərin hazırladıqları slaydlar, videolar və təqdimatlar nümayiş etdirilmişdir. Tədbirin sonunda Yaqut xanım yüksək səviyyədə hazırladıqları tədbirə görə sinif rəhbərinə və şagirdlərə təşəkkür etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi