Dünya bizim evimizdir

Şagirdlərdə ekoloji biliklərin artırılması, ətraf mühitin qorunması sahəsində bilik və bacarıqların aşılanması məqsədilə aprelin 27-də 20 nömrəli məktəb-liseydə V-IX sinif şagirdlərinin iştirakı ilə “Dünya bizim evimizdir” adlı tədbir keçirilmişdir. Tədbirin təşkilatçısı, məktəb-liseyin biologiya müəllimi İlhamə Mirzəyevanın əsas qayəsi şagirdlərdə təbiətə qayğı və məhəbbət oyatmaq, onun sərvətlərindən düzgün istifadə etməyi öyrətmək və onlarda ekoloji mədəniyyətin tərbiyə edilməsindən ibarət olmuşdur. Tədbirdə iştirak edən məktəb-liseyin direktoru Yaqut Məmmədova çıxış edərək, bu cür tədbirlərin şagirdlərdə məsuliyyət hissinin aşılayacağını, ekoloji dünyagörüşə malik insanları yetişdirmək üçün ekoloji bilik və ekoloji etika formalaşdıracağını qeyd etmişdir. Sonda IX sinif şagirdləri “Təbiəti qoruyaq” şüarı altında fləşmob nümayiş etdirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi