Akademik Zərifə Əliyevanın xatirəsini yad etmək məqsədilə tədbirlər keçirilib

Bu gün işıqlı xatirəsini daima yad etdiyimiz xeyirxah insan, əvəzedilməz şəxsiyyət olan akademik Zərifə xanım Əliyevanın 94 yaşı tamam olur. Gözlər qəlbin aynasıdır. Bu aynanın qüsursuz görünməsinin təminatçısı isə bu gün xatirəsini hörmətlə yad etdiyimiz Azərbaycanın XX əsrdə ən tanınmış alim və şəxsiyyətlərindən biri, bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr edən akademik Zərifə xanım Əliyeva idi.20 nömrəli məktəb-liseydə aprel ayı ərzində Zərifə xanımın əziz xatirəsini yad etmək məqsədilə silsilə tədbirlər keçirilmişdir. Məktəbimizin 9-cu sinif şagirdləri Fəxri Xiyabana gedərək Zərifə xanımın məzarını ziyarət etmişlər. Aprelin 15-i anım günü münasibətilə “Dəyirmi masa” və “Zərifə Əliyeva-94” mövzusunda inşa-yazı müsabiqəsi keçirilmişdir. Aprelin 28-i isə məktəbin tarix müəllimi Könül Bağırovanın təşkilatçılığı ilə Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Yaqut Məmmədova görkəmli alimin Azərbaycan oftalmologiya elminə verdiyi töhvələr, müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasına dair fundamental tədqiqatlar, əldə etdiyi uğurlar, əsl örnək olan yüksək mənəvi keyfiyyətləri, övladlarına, Ulu Öndər Heydər Əliyevə olduqca həssas, səmimi, ülvi münasibətindən danışmışdır. Tədbirin gedişində xalq şairləri Bəxtiyar Vahabzadənin, Zəlimxan Yaqubun Zərifə xanıma həsr olunmuş şeirləri şagirdlərimizin ifasında səslənmişdir. Musiqisi Sevil Əliyevaya məxsus “Ana” mahnısını ifa edən 11 "B" sinif şagirdi Ceyran Cəfərova məlahətli səsi ilə tədbir iştirakçılarını heyran etmişdir. Məktəbin direktoru Yaqut Məmmədova tədbirin sonunda çıxış edərək, Zərifə xanımın şərəfli həyat yolunun hər bir Azərbaycan qadını üçün nümunə, kamillik məktəbi olduğunu söyləmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi