Sağlamlıq və xoşbəxtlik uşaqların gözü ilə
Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin 1 "Ə" sinif şagirdləri Həyat bilgisi dərsində “Sağlam həyat-xoşbəxt həyat” mövzusunu canlandırmışlar. M.Füzulinin “Meyvələrin söhbəti” əsəri əsasında nümayiş etdirilən səhnəcikdə məktəblilər müxtəlif meyvə paltarlarında çıxış etmiş, meyvələr arasındakı mübahisəni debat formasında təqdim etmişlər. Dərsin sonunda birincilər belə bir nəticəyə gəlmişlər ki, sağlamlıq insan hüquqlarından biridir. Təmizlik, düzgün qidalanma isə onun əsas şərtlərindəndir.