Kitablar nəsillərin əmanətidir

Müstəqil Azərbaycan dövlətinin digər sahələrdə olduğu kimi kitabxana işi sahəsində də özünəməxsus siyasəti vardır. Bu siyasətin əsasında Ümummilli lider Heydər Əliyevin: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mənəviyyatını nümayiş etdirən amillərdən biridir” kəlamı durur. Bu gün ümumi təhsil məktəblərində şagirdlərin oxu bacarığının inkişaf etdirilməsinə xüsusi önəm verilir. Aydındır ki, mütaliə edən şagirdlərin intellekti daha sürətlə inkişaf edir. 20 nömrəli məktəb-liseydə də bu istiqamətdə görülən işlər uğurla davam etdirilir. Məktəb rəhbərliyi hər zaman şagirdlərin oxu bacarığının təkmilləşməsini diqqət mərkəzində saxlayır. Bu məqsədlə aprel ayının 24-də “Oxu günü” münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Fəridə Vəliyeva açdı. Daha sonra məktəbin direktoru Yaqut Məmmədova tədbir iştirakçılarını təbrik edərək, onlara uğurlu təhsil, xoşbəxt gələcək arzuladı. Tədbirdə V sinif şagirdlərinin hazırladığı səhnəciklər, bədii qiraət nümunələri maraqla qarşılandı. Qeyd edək ki, tədbirin bədii tərtibatını məktəbin təsviri incəsənət müəllimi İradə Namazəliyeva vermişdi. V sinifdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Xuraman Qurbanova, Aygün Babayeva, Samirə Qasımova tədbirin hazırlanmasında fəallıq göstərdilər. Şagirdlərin bədii əsərlərə çəkdikləri illüstrasiyalar, hazırladıqları bülletenlər, plakatlar, kitab sərgisi mütaliənin şagirdlər üçün nə qədər vacib olduğunu bir daha göstərdi. Sonda məktəbin kitabxana müdiri Gülarə Nərimanova çıxış edərək şagirdlərin kitabxana oxucusu kimi fəaliyyətindən danışdı, fəal oxuculara təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi