2017-ci il İslam Həmrəyliyi ilidir

2017-ci il Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu təkcə ölkəmiz üçün deyil, bütün müsəlman dünyası üçün vacib və əhəmiyyətli qərardır. Bununla əlaqədar aprelin 21-də 20 nömrəli məktəb-liseydə “İslam Həmrəyliyi ili-2017: reallıqlar və perspektivlər” mövzusunda elmi-metodik konfrans keçirilmişdir. Konfransda məktəbin direktoru Yaqut Məmmədova, direktor müavinləri, Azərbaycan dili və tarix müəllimləri və 9-11-cu sinif şagirdləri iştirak etmişlər. Konfrans iştirakçıları İslam mədəniyyətinin Azərbaycanda dostluq, qardaşlıq və həmrəylik dini kimi qəbul edilməsindən danışdılar. Azərbaycan multikulturalizmin, tolerantlıq və dinlərarası dialoqun inkişafına, dünyada sülh, sevgi, dostluq, həmrəylik kimi islami dəyərlərin tədbiqinə öz tövhəsini verəcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi