25 Aprel- Oxu günüdür

Aprelin 18-də A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə ədəbiyyat fənnindən şagirdlərin oxu vərdişlərini inkişaf etdirmək məqsədi ilə açıq dərs keçirilmişdir. Ədəbiyyat müəllimi Həmidə Sanıyevanın 7b sinfində təşkil etdiyi dərs S.S.Axundovun “Qaraca qız” hekayəsinin oxusu üzərində aparılmışdır. Məqsəd mütaliəyə marağı daha da artırmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. Şagirdlər hekayəni ifadəli oxumuş, müəyyən hissələrini səhnələşdirib jest və mimikalarla obrazlı canlandırmışlar. Oxunmuş əsərin məzmununa aid illustrasiyalar da çəkmişlər.Dərsin sonunda şagirdlər “Gəlin birgə oxuyaq” şüarını irəli sürmüş, mütaliyə məqsədi ilə oxuduğu bədii kitabları nümayiş etdirmişlər. Açıq dərsdə məktəbin direktoru Yaqut Məmmədova və direktor müavinləri iştirak etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi