Ekoloji aylıqlar layihəsi davam edir

20№-li məktəb-liseydə “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu ətrafinda araşdırmalar davam edir. Bu məqsədlə növbəti layihə “Hamı sağlam qalacaq” şüarı altında Qaradağ rayonunda yerləşən Ağdağ –müasir Gips zavodunda həyata keçirildi. Məktəbin coğrafiya müəllimi Validə Əhmədova, sinif rəhbəri Samirə Abbasova V Ç sinif şagirdləri ilə 15.04.2017 ci il tarixdə 2002-ci ildə əsası qoyulmuş, ixracyönümlü, Qafqazda ilk müasir tipli Ağdağ Gips Zavodu ilə tanış oldular. Kollektivi zavodun səlahiyyətli nümayəndələri qarşılamış, zavodun iş fəaliyyəti ilə tanış etmişlər. Zavoda baxış zamanı kollektivin təhlükəsizliyini qorumaq məqsədi ilə hamını qoruyucu dəbilqələrlə təmin etmişlər. Şagirdlər zavodun iş prinsipinin həyata keçmə ardıcıllığı ilə tanış oldular. “Hamı sağlam qalacaq” iş prinsipi ilə işləyən zavodda fərqli keyfiyyət, qənaətlə istifadə rahatlığı, ekoloji baxımdan təmiz , insan orqanizminə ziyan verməyən təbii gips barədə şagirdlərə ətraflı məlumat verilmişdir. Alman texnologiyasına əsaslanan rəqəmsal texnologiya ilə avtomatlaşdırılmış formada aparılan istehsal prosesi şağirdlərə təqdim edilmişdir. Ekoloji təmiz, təbii gips əsaslı məhsulun istehsal prosesi və zavodun ətrafında salınmış meşə massivi ilə şagirdlər yaxindan tanış olmuşlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi