Təbiəti sevək və sevdirək mövzusunda ekskursiya

16.04.2017-ci il tarixdə A.Hüseynzadə adına 20№-li tam orta məktəb-liseyin şagirdləri, coğrafiya müəllimi Könül Şiriyeva, sinif rəhbəri Mətanət Əliyeva AMEA(Azərbaycan Milli Elmlər Akademiyası) NEBATAT Bağında ekskursiyada olmuşlar. Həmin ekskursiya məktəbdə keçirilən Biologiya aylığı ilə əlaqədar təşkil edilmişdir. Ekskursiyada şagirdlər “Təbiəti sev” şüarı altında öz fikirlərini irəli sürmüş, təbiət haqqında, təbiətdə meşələrin, ağacların əhəmiyyətindən, dünyanın “ağciyərləri” hesab edilən meşələrin qırılmasından danışmışlar. Həmçinin atmosferin, hidrosferin, biosferin qarşılıqlı əlaqəsindən, ekoloji problemlərdən danışmışlar. Belə ekskursiyalar ekoloji biliklərin təkmilləşməsində əhəmiyyətli rola malikdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi