Açıq dərslər davam edir

"Azərbaycanın təbii sərvəti və biomüxtəlifliyi" aylığı çərçivəsində açıq dərslər davam etməkdədir.Belə ki, 12.04.2017-ci il tarixdə A.Hüseynzadə adına 20№-li tam orta məktəb-liseydə biologiya fənnindən açıq dərs keçirilmişdir. Biologiya fənn müəllimi Narxanım Aslanovanın 6b sinfində təşkil etdiyi dərs “Çiçəkli bitkilərin vegetativ çoxalması” mövzusunda olmuşdur. Dərsin əsas məqsədi şagirdlərə vegetativ çoxalma, çoxalmanın təbiətdə və insan həyatında əhəmiyyəti barədə məlumat vermək, onlara təbiəti və ekologiyanı qorumağın insan həyatı üçün vacib olduğunu aşılamaq olmuşdur.Dörd qrupa bölünmüş “Yaz”, “Payız”, “Qış” və “Yay” komandaları öz təqdimatları ilə çıxış etmiş, lövhədə rəngarəng şəkillər çəkərək mövzunun mənimsəməsini nümayiş etdirmişlər.Sonra müəllim mövzunu daha əyani şəkildə izah etmək üçün şagirdləri məktəbin yaşıl güşəsinə və məktəbyanı ərazisinə kiçik gəzintiyə çıxarmış, onlara təbiəti qorumağın, yaşıllığı mühafizə etməyin faydasından danışmışdır.Məktəb-liseyin direktoru Yaqut Məmmədova və digər fənn müəllimləri dərsin gedişatını izləmiş, müəllimə öz fikir və rəylərini bildirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi