Sağlam həyat tərzi

Fəaliyyət Planına uyğun olaraq Yasamal rayonu 20№-li tam orta məktəb-liseydə “Azərbaycanın təbii sərvətlərinin biomüxtəlifliyi” mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif tədbirlər həyata keçirilməkdədir. 13 aprel 2017-ci il tarixdə məktəbin kimya müəllimləri Mustafazadə Fatma və Qəmbərova Elnarənin təşkilatçılığı ilə “Narkomaniya və alkoqolizmlə mübarizə, sağlam həyat tərzi” mövzusunda, “Dəyirmi masa” keçirilmişdir. "Dəyirmi masa"da məktəbin direktoru Yaqut Məmmədova, direktor müavini Sevinc Mustafayeva, müəllimlər və VIII-XI sinif şagirdləri iştirak etmişdirlər. Tədbirdə şagird və müəllimlər narkomaniya və alkoqolizmin yaranma səbəblərini, insan orqanizminə zərərli təsirlərini, yaratdığı psixi pozuntuları, eyni zamanda törətdiyi nəticələri haqqında öz fikirlərini ifadə etmişlər. Bu tədbirin keçirilməsində əsas məqsəd şagirdləri pis vərdişlərdən yayındırmaq və gələcək nəslin sağlam ruhda yetişdirilməsini təmin etməkdən ibarətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi