Açıq dərs keçirildi

05.04.2017-ci il tarixində A.Hüseynzadə adına 20№-li məktəb-liseydə texnologiya fənnindən açıq dərs keçirilmişdir. Dərsi texnologiya fənn müəllimi Naira Yoldaşova 8e sinfində təşkil etmişdir. ”Un məmulatlarının hazırlanmasında istifadə edilən xammal və ərzaq məhsulları” mövzusunda təşkil edilmiş dərsin məqsədi şagirdlərdə peşə seçmə qabiliyyətini aşılamaq, digər müəllimlərə qabaqcıl təcrübəni öyrənməyə istiqamətləndirmək olmuşdur. İnformasiya-kommunikasiya texnologiyalarından, elektron dərs vəsaitlərindən istifadə etməklə hazırlanmış dərs şagirdlərin diqqətini bütünlüklə mövzunun öyrənilməsinə cəlb etmişdir. Zəif şagirdlərlə xüsusi iş təşkil olunmuş, müəllim tərəfindən fərdi yanaşılmışdır. Dərsdə məktəbin direktoru Yaqut Məmmədova, direktor müavinləri və digər fənn müəllimləri iştirak etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi