Məntiq Olimpiadasının məktəb turu keçirildi

Şagirdlərin məntiqi təfəkkür vərdişlərinin, düşüncə tərzi, diqqət, qavrama və nitq kimi vacib bacarıqlarının inkişafına əlverişli şərait yaratmaq, məntiqi biliklərinin artırılmasına təkan vermək məqsədilə 01.04.2017-ci il tarixində 20№-li məktəb- liseydə “Lütfi Zadə adına II Məntiq Olimpiadası”nın məktəb turu keçirilmişdir. Olimpiada məktəb-liseyin V-VI sinif şagirdləri arasında keçirilmişdir.Təşkilat komitəsi Olimpiadanın obyektiv və şəffaf keçirilməsi, istedadlı və elmə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması, onların meyl və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində müvafiq işlər aparmışlar. Məktəb-liseyin direktoru Yaqut Məmmədova Olimpiada iştirakçılarına uğurlar arzulayaraq, qeyd etmişdir ki, Məntiq Olimpiadası istedadlı şagirdlərin üzə çıxarılmasına xidmət edəcək və elmə olan marağın artırılmasına müsbət təsir göstərəcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi