Aprel döyüşlərinə həsr edilmiş tədbir keçirildi

Şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması, vətənin tarixinə, şəhidlərin xatirəsinə hörmət hissini tərbiyə etmək məqsədilə 04.04.2017-ci il tarixində A.Hüseynzadə adına 20№-li məktəb-liseydə “Aprel döyüşləri”nə həsr edilmiş tədbir keşirilmişdir. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirilmiş, Dövlət Himni səsləndirilmişdir. Tədbirdə məktəbin direktoru Yaqut Məmmədova bildirmişdir ki, 2016-ci il aprelin 1-dən 2-ə keçən gecə Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş münaqişə nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri bir neçə yüksəkliyə nəzarəti ələ keçirmişlər. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olmuşdur. Düşmən tərəfdən isə çoxlu sayda hərbi sursat məhv edilmiş, 320 döyüşçü öldürülmüşdür. Tədbirdə şagirdlərin vətənpərvər ruhda çıxışları, səhnəcikləri və videoçarxlar nümayiş etdirilmişdir. Tədbirin sonunda Yaqut Məmmədova tədbirin təşkilatçısı Üzülfət Umayeva və şagirdlərə yüksək səviyyədə təşkil etdikləri tədbirə görə öz təşəkkürünü bildirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi