31 MART- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir

Son iki əsrdə ermənilər azərbaycanlılara qarşı məqsədyönlü etnik təmizləmə və soyqırım siyasəti yürüdürlər. Bu məkrli siyasət nəticəsində soydaşlarımız kütləvi qətl və qırğınlara məruz qalmışdır. Bunlardan ən dəhşətlisi 1918-ci il Mart Soyqırımıdır. Yasamal rayonu Arif Hüseynzadə adına 20№-li məktəb-liseyin tarix müəllimi Şükürova Günel 9a sinif şagirdləri ilə “dəyirmi masa” keçirmişdir. “Dəyirmi masa” da 31 Mart Soyqırımı Azərbaycan xalqının böyük faciəsi kimi anılmış, bu dəhşətli faciə haqqında slaydlar nümayiş etdirilmişdir.Tədbirdə məktəbin direktoru Yaqut Məmmədova və fənn müəllimləri iştirak etmişlər.Tədbirin sonunda məktəbin direktoru Yaqut Məmmədova şagirdlərin nəzərinə çatdırdı ki, bu dəhşətli faciə paytaxtımızla yanaşı Şamaxı, Quba, Zəngəzur, Xaçmaz, Hacıqabul, Səlyan və Göyçay ərazilərində də baş vermişdir. Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə xalqımızın başına gətirilən bu vəhşiliklərə hüquqi-siyasi qiymət verilmişdir.Belə ki, 1998-ci ildən başlayaraq hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi