Fizika aylığı sona yetdi

20№-li məktəb liseydə mart ayı fizika aylığı elan olunmuşdur.Bununla əlaqədar olaraq rus bölməsinin 8-11-ci siniflərində şagirdlərin nailiyyətlərini və müəllimlərin peşəkar səviyyələrini öyrənmək məqsədilə dərs dinləmələri, monitorinqlər, açıq dərslər və konfrans keçirilmişdir. Belə ki, fizika müəllimi Ələkbərova Ülkər 8ə sinfində “Elektrik yüklərinin qarşılıqlı təsiri: Kulon qanunu” , Zeynalova Elnarə 10e sinfində “Temperatur şkalaları” mövzusunda açıq dərslər və fizika aylığının yekunu olaraq müəllim Bağırova Cəmilə 11e sinfində "Ətraf mühitin qorunması. Enerjinin alternativ mənbələri" mövzusunda konfrans keçirmişlər. Qeyd olunan dərslər müasir tələblərə uyğun təşkil olunmuşdur. Şagirdlər təqdimatlarında fənlərarası və fənndaxili inteqrasiyadan istifadə etmişlər.Dərslərdə məktəbin direktoru Yaqut Məmmədova, direktor müavinləri,metodbirləşmə rəhbəri və fənn müəllimləri iştirak etmişlər.Keçirilən dərslərin yekununda təhlillər,müzakirələr aparılmış və rəhbərlik tərəfindən fənn müəllimlərinə müvafiq tövsiyyələr verilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi