Breyn-ring intellektual oyunu keçirilmişdir

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 20 nömrəli məktəb-liseyin 5-ci sinifləri arasında ilk dəfə olaraq ingilis dilində “Breyn-ring” intellektual oyunu keçirilmişdir. Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov ilk öncə məktəbliləri salamlamış onlara bu yarışmada ugurlar arzulamışdır. İntellektual oyunda 6 komanda iştirak edərək bilik və dünyagörüşlərini nümayiş etdirmişdir. Nəticələrə görə I yerə “5ç” komandası, II yerə “5e” komandası, III yerə isə “5d” komandası layiq görülmüşlər. Qalib gəlmiş komandalara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və sertifikatlar təqdim edilmişdir.. Tədbirin keçirilməsində məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha da dərindən öyrənməkdən ibarətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi